» » Camal Kaşoqinin cəsədi sobada yandırılıb -

Camal Kaşoqinin cəsədi sobada yandırılıb - YENİ DETAL

Bölmə: BLOK XƏBƏR
Camal Kaşoqinin cəsədi sobada yandırılıb -





Ehtimal edilir ki, jurnalist Camal Kaşoqinin cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahının ərazisində sobada yandırılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı İstanbul Təhlükəsizlik İdarəsinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, diplomatik missiyanın ərazisində iki kanalizasiya quyusu, həmçinin odun və təbii qazla işləyən soba var. Həmin sobada hərarət min dərəcəyə qədər qalxa bilər ki, bu da yumşaq toxumaları, sümükləri və hətta DNT-ni tamamilə məhv etmək üçün kifayətdir.

Polisin təhqiqatına əsasən, Kaşoqinin qətlindən sonra baş konsulluğun əməkdaşları şəhərdəki restoranlardan birinə 32 pay çiy ət sifariş veriblər. Polis diplomatların bunu nə üçün etdikləri barədə məlumatlı deyil.

Xatırladaq ki, ötən il oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ciddi tənqidçisi və onun Yəməndə kimyəvi silah tətbiqinə dair araşdırma aparan Camal Kaşoqi ailə qurmağa hazırlaşarkən sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.

Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler