» » Elnur Hüseynzadə dövlətə xəyanət edib -

Elnur Hüseynzadə dövlətə xəyanət edib - RƏSMİ AÇIQLAMA

Bölmə: BLOK XƏBƏR
Elnur Hüseynzadə dövlətə xəyanət edib -




Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.

Xalqinfo.az xəbər verir ki, Hərbi Prokurorluğun məlumatında bildirilir:

"Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlu barədə bəzi məlumatlar yayılıb.

Bununla bağlı bildiririk ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçmişdir. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanmışdır.

17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.

Həmçinin bildiririk ki, Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilmiş,mənfi xarakterizə olunmuş və dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler