“FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi” - ƏrdoğanBölmə: BLOK XƏBƏR
![]() “FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb. FETÖ-nün ABŞ Konqresində də adamları var. Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm”. Xalqinfo.AZ xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib. Ərdoğan qeyd edib ki, Fətulah Gülənə inanan, arxasınca gedən şəxslər var: “Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Onlar həqiqəti öyrənməlidirlər”. Ərdoğan, həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar: "Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”. |
XƏBƏR LENTİ
21.02.19 01:04 | Estoniya müharibəyə hazırlaşır
21.02.19 00:55 | Azərbaycan qaz hasilatını artıracaq
21.02.19 00:44 | Bu gecə Kiçik çillə bitir
21.02.19 00:42 | "Samsung" dünyada ilk qatlanan smartfon təqdim edir
21.02.19 00:38 | “Bunlar neft və qaz satışı gəlirləri sayəsində mümkün olub”
21.02.19 00:34 | Putin ABŞ-a meydan oxudu
21.02.19 00:23 | Netanyahu Moskvaya getməkdən imtina etdi
21.02.19 00:19 | Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI
21.02.19 00:06 | Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
|