» » Mən türkəçarə reseptləri verirəm-

Mən türkəçarə reseptləri verirəm- Araz Ağalarov

Bölmə: BLOK XƏBƏR
 Mən türkəçarə reseptləri verirəm-






İstənilən iqtisadiyyatın təməlində sabitlik dayanır. Dəyişən parametrlər şəraitində siz heç vaxt heç nəyi öncədən proqnozlaşdıra, və ya layihələndirə bilməzsiniz.

İstənilən sabitliyin kökündə milli valyutanın məzənnəsi durur. Bizdə bununla bağlı daima dəyişişiklik baş verir. Gah 70-i vurub keçir, gah 65-ə qədər enir.

Bunu “Komsomolski Pravda” nəşrinə Rusiyanın əslən azərbaycanlı iş adamı, “Krokus” şirkətinin prezidenti Araz Ağalarov deyib.

“Rusiyada ticarət balansının müsbət saldosu var. Hər gün valyuta bazarından valyuta alırıq. Rublun məzənnəsinin sabitliyini nəzərə alıb bunu etmək olar. Belə olan halda məzənnə sabitliyinə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi, işçilərin maaşları da bağlı olur.

İndi isə maaşlar dəyərdən düşən rublun məzənnəsi ilə ayaqlaşmır. Ötən il rubl 15 faizdən çox dəyərini itirib. Bütün bunlar neqativ ab-hava yaradır”, - deyə o bildirib.

A.Ağalarov qeyd edib ki, Rusiya iqtisadiyyatı indiki göstəricilərlə, yəni 190 milyardlıq müsbət saldo ilə zirehli qatar kimi sarsılmaz ola bilərdi:

“Hər şey ona uyğunlaşardı – həm maaşlar, həm məvaciblər, üstəlik, beynəlxalq investisiya da gələrdi.

Çünki onlar 60 məzənnə ilə daxil olduqlarına və həmin məzənnə ilə çıxdıqlarına əmin olardırlar. Məzənnə sabit olsa, bizim banklarda depozit yatırımları (hazırda 7-8 faiz civarındadır), ilə bağlı təkliflər valyutada olacaq.

Dünyanın hansı ölkəsində depozit əmanətə görə 7-8% faiz təklif olunur? Heç yerdə. Belə olan halda bizim depozitlərə pul yatırmaq istəyən xarici investorlar da ortaya çıxacaq”.
A.Ağalarov həmçinin Rusiya iqtisadiyyatının gücləndirilməsi ilə bağlı təkliflər də verib:

“Mənim təklifim belədir: heç nəyi dəyişmək, heç nə fikirləşib ortaya çıxarmaq lazım deyil. Sadəcə, çox bəsit düzəlişlər etmək lazımdır. Cərrahlar kəsib atır, axırının nə olacağı bilinmir. Türkəçarəçi isə otların köməyilə ora-burasını düzəldir və hər şey qaydasına düşür. Mən türkəçarə reseptləri verirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler