» » Bakıda qanunsuz küçə yürüşü keçirməyə cəhd edən 15 nəfər saxlanıldı -

Bakıda qanunsuz küçə yürüşü keçirməyə cəhd edən 15 nəfər saxlanıldı - RƏSMİ

Bölmə: BLOK XƏBƏR
Bakıda qanunsuz küçə yürüşü keçirməyə cəhd edən 15 nəfər saxlanıldı -






"Yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib".



Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən Xalqinfo.az-a verilən məlumatda qeyd edilib.

Bildirilib ki, yürüşə cəhd edənlər ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.



"Operativ həyata keçirilən qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılaraq, Yasamal rayon Polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb.



Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler