» » Mitinqdə 2800 nəfər iştirak edib

Mitinqdə 2800 nəfər iştirak edib

Bölmə: BLOK XƏBƏR
Mitinqdə 2800 nəfər iştirak edib





Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.


Bu barədə Xalqinfo.az -a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Qeyd edək ki, bu gün Milli Şura Bakının Yasamal rayonunda keçmiş "Məhsul" stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyada Milli Şurada təmsil olunmayan Müsavat Partiyası, Real Partiyası və digər müxalifyönlü şəxslər dəstək veriblər.

Mitinqdə sabiq daxili işlər naziri İsgəndər Həmidov, Real Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər siyasi şəxslər çıxış ediblər. Onlar çıxışlarında tələb və təkliflərini səsləndiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler