Əflatun Amaşov: “Kitabların oxunması məcburiləşdirilməlidir”

Bölmə: BLOK XƏBƏR
Əflatun Amaşov:



“Kitab məsələsi çox vacibdir. Orta məktəblərdən başlayaraq kitabların oxunması məcburiləşdirilməlidir. Belə olan halda effektini görə bilərik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, kitabların qitmətinin baha olmasını da diqqətə çatdırıb: “Kitabların qiyməti çox bahadır. Bu kitablar əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi, 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler