» » Azərbaycanda donuz qripi yoxdur -

Azərbaycanda donuz qripi yoxdur - Baş epidemioloq

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda donuz qripi yoxdur -








Yanvarın 11-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ölkəmizdəki epidemioloji vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirilib.

Azərtac xəbər verir ki, mətbuat konfransında çıxış edən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədəki epidemioloji vəziyyətdən danışıb. Baş epidemioloq, həmçinin deyib:

"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin olması barədə məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmir. Ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır. Əgər donuz qripi qeydə alınarsa, həmin xəstəliklə mübarizə aparmaq iqtidarındayıq".

İ.Ağayev KİV nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa və əhali arasında təşviş yaratmamağa çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler