» » “4 rayonun polis rəisi işdən çıxarılmayıb” –

“4 rayonun polis rəisi işdən çıxarılmayıb” – Ehsan Zahidov

Bölmə: BLOK XƏBƏR
 “4 rayonun polis rəisi işdən çıxarılmayıb” –




Daxili İşlər Nazirliyi Bakının 4 rayonun polis rəisinin işdən çıxarılmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.

Qeyd edək ki, report informasiya agentliyi Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler