» » “2018-ci il jurnalistika sahəsində də uğurlu il olub” –

“2018-ci il jurnalistika sahəsində də uğurlu il olub” – Əli Həsənov

Bölmə: BLOK XƏBƏR
 “2018-ci il jurnalistika sahəsində də uğurlu il olub” –




“2018-ci il Azərbaycanda dövlətçilik ili idi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub. Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təkcə Azərbaycanda deyil, Azərbaycanın sərhədlərindən kənarda da keçirildi. Bildiyiniz kimi, Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi heç də Azərbaycan dövlətinin 100 illiyi demək deyil. Sadəcə olaraq Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik, çünki bu, Azərbaycanın qürur duyduğu Cümhuriyyət dövrü olub və bu Cümhuryyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, ilk dəfə kişilərlə yanaşı, qadınlara da səsvermə hüququ verib. Bizim bu Cümhuriyyətlə öyünməyə haqqımız var”.

Xalqinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Əli Həsənov vurğulayıb ki, 2018-ci il Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə də yadda qaldı: “Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirildi. 2020-ci ildən bu kəmər tam işə düşəcək, Azərbaycanın 100 illərlə ölçülən maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, dəmir yolu boyunca əsas tərəfdaş ölkələrlə yük daşımaları ilə bağlı sazişlərin imzalanması bu ilin təsadüf etdi. Bu il Azərbaycan özünün üçüncü kosmik addımını atdı və növbəti peyki orbitə buraxıldı. Bu da ölkəmizin dünyada nüfuzuna müsbət mənada ciddi təsir göstərir”.

Ə.Həsənov qeyd edib ki, 2018-ci il jurnalistika sahəsində də uğurlu il olub, jurnalistikamız inkişaf edib, yeni saytlar yaradılıb, mövcud saytların xarici dillərdə variantları yaradılıb: “Mətbuat Şurası sağlam mətbuatla əlaqələrini intensivləşdirib. Sevindirici haldır ki, bu il reket jurnalistika ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Düşünürəm ki, bu da Azərbaycan jurnalistikasının təmizlənməsinə, neqativ halların aradan qalxmasına səbəb olacaq. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler