» » Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa qoyuldu -

Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa qoyuldu - Yaponiyaya gedə bilmədi...

Bölmə: BLOK XƏBƏR
Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa qoyuldu -





Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Xalqinfo.az -ın məlumatına görə, etibarlı mənbələrdən virtualaz.org-a məlum olub ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış.

Keçmiş məmura xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub. Qadağanın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda yazırdı. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler