» » Mehriban Əliyevanın adına saxta hesablar yaradıldı -

Mehriban Əliyevanın adına saxta hesablar yaradıldı - BƏYANAT

Bölmə: BLOK XƏBƏR
Mehriban Əliyevanın adına saxta hesablar yaradıldı -





Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb.

Xalqinfo.az -ın xəbərinə görə, bəyanatda deyilir: “Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler