» » Azərbaycanın məşhur simaları bir arada -

Azərbaycanın məşhur simaları bir arada - Fotolar

Bölmə: BLOK XƏBƏR
Azərbaycanın məşhur simaları bir arada -





Bu gün Dövlət Musiqili Komediya Teatrında mərhum şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, yazıçılar və şairlər iştirak edib.

Tədbiri açan parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, bu gün 80 yaşlı şairənin işığına toplaşıblar: “Nurəngiz xanım ömrü boyu şeirlə nəfəs alıb. O, böyük ədəbiyyata 40 yaşında gəldi. O elə təxəllüsü kimi gün kimi ədəbiyyatımızda parladı”.

Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, ömrü boyu Nurəngiz Günü məlahətli və mehriban insan kimi tanıyıb: “Onun üzündən gülüş əskik olmurdu. Sonradan bildim ki, onun gülüşünün altında şəxsi ağrılar və kədər durur”.

Daha sonrakı çıxışlarda da şairin fəaliyyətindən və yaradıcılığından geniş bəhs edilib.

Həmçinin, məşhur müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Sonda şairənin qızı, millət vəkili Jalə Əliyeva çıxış edərək tədbir iştirakçılarının və sənətə, incəsənətə qiymət verənlərin qarşısında baş əydiyini deyib.

Azərbaycanın məşhur simaları bir arada -
Azərbaycanın məşhur simaları bir arada -
Azərbaycanın məşhur simaları bir arada -
Azərbaycanın məşhur simaları bir arada -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler