» » Ərdoğan Putindən xahiş etdi: Dənizçiləri azad edin

Ərdoğan Putindən xahiş etdi: Dənizçiləri azad edin

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ərdoğan Putindən xahiş etdi: Dənizçiləri azad edin




Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Kerç boğazındakı insidentdən sonra əsir götürülmüş ukraynalı dənizçilərin azad edilməsi ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Xalqinfo.az -ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Kerç boğazındakı insidentdən sonra mən hər iki tərəflə - əvvəlcə Putinlə, sonra isə Poroşenko ilə telefonla və daha sonra Argentinada (G-20 sammitində) danışdım. Putindən dənizçiləri azad etməsini xahiş etdim. Hadisələrin necə cərəyan edəcəyini gözləyək və ümid edək ki, hər şey xoş qarşılanacaq. Bildiyim qədər, hazırda hadisənin araşdırılması prosesi gedir və ondan sonra yekun qərar veriləcək. Biz bu cür məsələlərdə yalnız xahiş edə bilərik, ondan irəliyə gedə bilmərik”, - deyə Ərdoğan jurnalistlərə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler