» » Robert Köçəryan həbs olundu

Robert Köçəryan həbs olundu

Bölmə: BLOK XƏBƏR, MANŞET
Robert Köçəryan həbs olundu




Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olunub. Xalqinfo.az bu barədə erməni mediasına istinadən xəbər verir. Ermənistan milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan xəbəri təsdiqləyib. Onun sözlərinə görə, R.Köçəryan “İrəvan-Kentron”da saxlanılır.

Qeyd edək ki, 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham olunaraq avqust ayında həbs edilən R.Köçəryan az sonra Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi nəticəsində həbsdən buraxılmışdı. Ancaq onun ölkədən çıxışına qoyulan qadağa götürülməmişdi. Sonrakı günlərdə Putin R.Köçəryana zəng edərək onu ad günü münasibətilə təbrik edəndən sonra eks-prezidentin xilas olunduğu barədə rəy yaranmışdı. Lakin görünür Nikol Paşinyan Rusiyaya son səfərində Putinlə anlaşa bilmədirindən onun dostu Köçəryanın həbsinə qərar verib. Sankt-Peterburq görüşlərində N.Paşinyana saymazyana münasibət, Ermənistanın KTMT baş katibliyini davam etdirməklə bağlı istəklərinə “yox” deyilməsi geniş müzakirə olunmaqdadır. Güman ki, N.Paşinyan bu yolla Putinə cavab vermək istəyir. Seçkilərə iki gün qalmış R.Köçəryanın həbsə atılması həm də Paşinyana rəqib olan Qarabağ klanının gözünü qırmağa hesablanmış addım da sayıla bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler