» » “Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəyik” ...

“Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəyik” ... Gürcüstan müxalifəti

Bölmə: BLOK XƏBƏR
“Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəyik” ...






Bazar günü Gürcüstanın müxalif “Güc birlikdədir” seçki bloku Tbilisidə mitinq keçirdi. Birləşmiş müxalifətin prezident seçkisindəki namizədi Qriqol Vaşadze aksiyadakı çıxışı zamanı iqtidarın seçkiləri saxtalaşdırdığını deyib.

Hollandiyada yaşayan eks-prezident Mixail Saakaşvili isə aksiyaya görüntülü qoşulub. O, bildirib ki, seçki saxtakarlığına görə bütün məsuliyyət hakim “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvilinin üzərindədir.
Daha sonra Saakaşvili partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları kütləvi aksiyalara dəstək verməyə çağırıb.


Maraqlıdır, növbəti mitinq nə vaxt keçiriləcək?


Müxalif Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a açıqlamasında deyib ki, dekabrın 16-na qədər hakimiyyətə vaxt verilib.


“Çünki ayın 16-da saxta yolla prezident elan olunmuş Salome Zurabişvilinin inauqurasiyası (andiçməsi) olacaq. On minlərlə insan onun andiçməsinə imkan verməyəcək. 16-na qədər mitinq keçirəcəyik. Gürcüstana saxta prezident lazım deyil. Əsas tələbimiz prezident seçkilərinin nəticəsini saymamaqdır. Artıq buna da hazırıq. Digər müxalifət qüvvələri də danışıqlar aparılır”.


Azər Süleymanovun sözlərinə görə, müxalifət bir addım belə geri çəkilməyəcək:


“Gürcüstana daxil olmaq asan deyil. Ukraynada məsələ fərqli idi. Saakaşvilinin Ukraynaya daxil olmasına Avropa ölkələri icazə vermişdi. Amma Gürcüstana gəlməsi üçün mümkün olan yolu tapa bilmədik. Sonuncu mitinqdə Saakaşvilinin ailəsi də bizimlə idi. Nə Saakaşvili, nə də Gürcüstan xalqı bir addım belə geri çəkilməyəcək. Səsimizi bütün dünya ictimaiyyəti eşidəcək. Düzdür, Gürcüstanda inqiliabın olmasını istəmirik. Yaxşı olar ki, hakimiyyət yolun sonundan geri dönsün”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler