» » Prezident Trampa başsağlığı verdi

Prezident Trampa başsağlığı verdi

Bölmə: BLOK XƏBƏR
Prezident Trampa başsağlığı verdi





Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı verib.

“Xalqinfo”nun məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlətimizin başçısı ABŞ-ın 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib.

Başsağlığında bildirilir: “Zati-aliləri, atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler