» » "Azərbaycan xalqı partiyanın iqtidarda olmasının faydasını görəcək" -

"Azərbaycan xalqı partiyanın iqtidarda olmasının faydasını görəcək" - Əli Əhmədov

Bölmə: BLOK XƏBƏR
"Azərbaycan xalqı partiyanın iqtidarda olmasının faydasını görəcək" -





"Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının fəaliyyətindən məmnundur. Partiya 26 il müddətində qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gəlib. Partiya nüfuzlu təşkilat kimi özünü təsdiq edib. Hakim partiyada ölkə əhalisinin, demək olar ki, hər 10 nəfərindən biri təmsil olunur”.

Xalqinfo.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – İcra katibi Əli Əhmədov YAP-ın yaranmasının 26-cı ildönümü ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, onların Yeni Azərbaycan Partiyasında birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.

O qeyd edib ki, bugün Azərbaycan dünyada nüfuzlu ölkələr sırasındadır: "Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir”.

Ə.Əhmədov vurğulayıb ki, YAP şanlı səhifələr yazmaqda davam edəcək: "İnanırıq ki, bu şərəfli tarix uzun illər davam edəcək. Bu müddət ərzində Azərbaycan xalqı partiyanın iqtidarda olmasının faydasını görəcək. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olması sabitlik, əmin-amanlıq deməkdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler