» » Bakıdan Gəncəyə helikopterlə xilasedicilər və itlər aparıldı -

Bakıdan Gəncəyə helikopterlə xilasedicilər və itlər aparıldı - RƏSMİ

Bölmə: BLOK XƏBƏR
Bakıdan Gəncəyə helikopterlə xilasedicilər və itlər aparıldı -





Fövqəladə Hallar Nazirliyi Gəncədəki partlayışla bağlı növbəti məlumatı yayıb.

Xalqinfo.az quruma istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

Qeyd olunur ki, dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Əlavə məlumat veriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler