» » “Palmali” rəsmən müflis elan edildi

“Palmali” rəsmən müflis elan edildi

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Palmali” rəsmən müflis elan edildi





Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi "Palmali” şirkətini müflis elan edib.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət altı ay davam edəcək iflas proseduruna başlayıb.

Qeyd edək ki, "Palmali” əsas kreditoru olan "Sberbank”a 13 milyard rubl (təxminən 335 milyon manat) borcludur.

Bundan başqa, digər kreditorlar arasında Mübariz Mənsimova məxsus Maltada qeydiyyatdan keçən "Palmali Holding”, Vest-İndiyadakı "Palmali Şipping”, Türkiyədəki "Palmali Gemicilik ve Acentelik” də var. Həmin şirkətlərin iddiaları 6 milyard rublu keçir.

Borclu şirkətə qarşı tələb irəli sürənlər arasında "Alyans”, "Azov-Flot-Servis”, "Arsenal” sığorta şirkəti, həmçinin "YuqBunkerServis-Rostov” yanacaq şirkəti də var.

Qeyd edək ki, "Palmali”nin direktoru 17,5 milyon rublluq vergidən yayınmada ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler