» » Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı - 1 milyon qarşılığında

Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı - 1 milyon qarşılığında

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı - 1 milyon qarşılığında
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ev dustaqlığına buraxılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qərar Ali Məhkəmənin bugünkü iclasında qəbul edilib. O, 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdiriləcək. Hakim Ceremi Beyker bildirib ki, zaminə buraxılmaya etiraz etmək üçün ciddi əsaslar olmayıb.

Şərtlərə əsasən, xanım Hacıyeva saat 21: 00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir.

Hacıyevanın vəkilləri onun “fırıldaqçı” olmadığını bildiriblər.

Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler