» » Qaşıqçının cəsədi haradadır?

Qaşıqçının cəsədi haradadır?

Bölmə: BLOK XƏBƏR, MANŞET
Qaşıqçının cəsədi haradadır?






Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən ərəb jurnalist Camal Qaşıqçının cəsədinin axtarışları aparılır.

“Xalqinfo” “Haber7”yə istinadən xəbər verir ki, İstanbul polisi Belqrad meşəliyində və Yalova səmtindəki bir fermada axtarışlar aparsa da, hələlik cəsəd tapılmayıb.

Səudiyyə Ərəbistanın hökuməti isə hələlik cəsədin harada olduğu ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, S.Ərəbistanı C.Qaşıqçının konsulluqda münaqişə zamanı öldüyünü, hadisə ilə əlaqədar 15 nəfərin həbs edildiyini açıqlayıb.

Xatılrladaq ki, "Vaşinqton Post" qəzeti Qaşıqçının konsulluqda öldürülməsindən sonra cəsədinin 15 dəqiqə ərzində hissələrə ayrıldığını və binadan çemodanlarda çıxarıldığını yazmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler