» » Azərbaycanın axtardığı şəxs Rusiyada saxlanıldı - Gəncə olaylarına görə

Azərbaycanın axtardığı şəxs Rusiyada saxlanıldı - Gəncə olaylarına görə

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Azərbaycanın axtardığı şəxs Rusiyada saxlanıldı - Gəncə olaylarına görə
Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Bu ilin iyulundan İnterpol xətti ilə axtarışda olan və adı qeyd olunmayan 34 yaşlı şəxs Azərbaycan CM-nin “terrorozim”, “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz silah dövriyyəsi”, “dövlət qulluqçusunun həyatına qəsd”, “hakimiyyətin zorla ələ keçirilməsi”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı qruplaşma yaratmaq”, “dövlətə qarşı yönələn ictimai çağırışlar etmək” maddələri ilə axtarışa verilib.

İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.

Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler