» » Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə -

Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə - Fotolar

Bölmə: BLOK XƏBƏR
Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə -





Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib.

Xalqinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Paytaxtın Xətai rayonundakı idman-əyləncə park kompleksində “Azərcell” Telekom şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən şagirdlər və tələbələr iştirak ediblər.

Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Kukla teatrlarının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə layihə çərçivəsində bir sıra tədbirlərin reallaşdırılmasına başlanılıb. Hazırda Balaxanıda yerləşən Sanitariya İdarəsində yenidənqurma işləri aparılır. Balaxanı qəsəbəsində inşa olunacaq “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz olunacaq.

Əyləncə proqramından sonra uşaqlar Leyla Əliyeva ilə birlikdə Heydər Əliyev Mərkəzindəki “Live Life” (“Canlı həyat”) sərgisini də izləyiblər.

Sərgi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə -
Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə -
Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə -
Leyla Əliyeva heyvanların müdafiəsinə həsr olunmuş tədbirdə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler