Azərbaycanda ailə dramı - Toydan qayıdan 2 qardaş qəzada öldüBölmə: BLOK XƏBƏR
Azərbaycanın Qax rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 30-u axşam saat 22:00 radələrində, Qax-Qum avtomobil yolunda qeydə alınıb. 1958-ci il təvəllüdlü, Qax rayonunun Qum kənd sakini Fətəli İsrafil oğlu Hüseynov “VAZ 2103” markalı, 10 HG 547 dövlət nömrə nişanlı avtomobillə rayon mərkəzindən Qum kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsindən ağır bədən xəsarəti alan, sürücü Fətəli Hüseynov, onun həyat yoldaşı - 1960-cı il təvəllüdlü, Sevda Məmməd qızı Hüseynova və sürücünün qardaşı - 1945-ci il təvəllüdlü Tarix İsrafil oğlu Hüseynov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Qax RMX-dan APA-ya verilən məlumata görə, sürücü Fətəli Hüseynov xəstəxanaya aparılarkən yolda, onun qardaşı 69 yaşlı Tarix Hüseynov isə xəstəxanaya çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.Sevda Hüseynovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.Məlumata görə, qəzaya düşənlər rayon mərkəzindən qohumlarının toy mərasimindən kəndə qayıdırmışlar. Sürücünün içkili olduğu, avtomobili çox sürətlə idarə etməsi ehtimal olunur.
|
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|