» » Rza Zərrab nazirə 34 milyon rüşvət verib-

Rza Zərrab nazirə 34 milyon rüşvət verib- İddia

Bölmə: BLOK XƏBƏR
Rza Zərrab  nazirə 34 milyon  rüşvət verib-Azərbaycanlı milyarder Rza Zərrabın adı rüşvət əməliyyatlarında hallanmaqda davam edir.

Virtualaz.org saytı xəbər verir ki, 2013-cü ilin 17-25 dekabrında Türkiyədə həyata keçirilmiş “Böyük rüşvət” əməliyyatlarına rəhbərlik edən şəxslərdən biri olan və sonradan hökumət tərəfindən “dövlət çevirilişinə cəhd” ittihamı ilə həbs edilən keçmiş maliyyə şöbə müdiri Yaqub Sayqılı həbsxanadan məktub göndərib.

Türkiyənin “T24” internet saytında dərc olunan məktubda Y.Sayqılı sonradan Türkiyə vətəndaşlığına da keçən Rza Zərrab və keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan haqqında yeni iddialar səsləndirib.
Rza Zərrab  nazirə 34 milyon  rüşvət verib-

Y.Sayqılı ötən ilin dekabrında rüşvət əməliyyatlarından sonra istefa verən Zəfər Çağlayanın Rza Zərrabdan 34 milyon avro rüşvət aldığını iddia edib.

“Rza Zərrab leqal fəaliyyətlərinin xaricində İran pulunu dövr etdirmək və qızıl ixracatı üçün istifadə etdiyi “Royal Dənizçilik” və “Safir Qızıl” adlı firmalarının bank hesablarına köçürülən pulların 4-5 faizini rüşvət olaraq iqtisadiyyat naziri Zəfər Çağlayana verib. 2012-ci il, martın 29-dək Zəfər Çağlayan təxminən 34 milyon avro rüşvət alıb” - deyə Y.Sayqılı məktubunda qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler