General rüşvət alan gömrük əməkdaşını işdən çıxardı![]() Qurumdan Xalqinfo.az-a verilən xəbərə görə, Komitənin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Türkiyədən Azərbaycana sərnişin daşınmasını həyata keçirən “Lüks İstanbul” firmasına məxsus “Mersedes Benz travego” markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusu Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətini keçdikdən sonra saxlanılıb və təkrar gömrük nəzarətinə cəlb edilib. Yoxlama zamanı sərnişin avtobusunun yük yerində gömrük orqanlarında idxal olunması qeydə alınmayan “metal borular” adlı mallar aşkar olunub. Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparılaraq müəyyən edilib ki, o həmin “metal borular” adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün “Qırmızı Körpü” gömrük postunun inspektoru Hüseynov Pərviz Bəhruz oğlu ilə sövdələşib və bunun müqabilində Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə müvafiq sənədlər tərtib olunaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanılıb. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|