» » Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi
“Global Firepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb.

Xalqinfo.az-ın məlumatına görə, Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə beş pillə irəliləyərək, 53-cü mövqedə qərarlaşıb.

Ermənistan ordusu 84-cü, Gürcüstan Silahlı Qüvvələri isə 82-ci yerdə qərarlaşıb.

Azərbaycan ordusu Qarabağdakı düşmən qüvvələrini məhv etməyə hazırlaşır - ƏMR

Türkiyə Silahlı Qüvvələri doqquzuncu, İran isə 13-cü yerə layiq görülüb.

İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya orduları yer alıb.

“Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler