» » Kamal Abdullaya yeni vəzifə verildi

Kamal Abdullaya yeni vəzifə verildi

Bölmə: BLOK XƏBƏR
Kamal Abdullaya yeni  vəzifə verildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 19 noyabr tarixli Sərəncamı ilə təyin edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin ilk iclası keçirilib.
Xalqinfo.az -ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Şuranın əksər üzvlərinin iştirak etdiyi iclasda Himayəçilik Şurası sədrinin seçilməsi və perspektiv işlərlə bağlı müzakirələr aparılıb.

Şura üzvləri çıxışlarında Prezident İlham Əliyevə onlara göstərdiyi böyük etimada görə minnətdarlıqlarını ifadə edib və Şuranın sədrliyinə namizəd irəli sürüblər.

İclas iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Himayəçilik Şurasının sədri seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler