» » Komitə sədri televiziyalardan gileyləndi-

Komitə sədri televiziyalardan gileyləndi- gənclərdə yanlış fikirlər formalaşdırılır

Bölmə: BLOK XƏBƏR
Komitə sədri televiziyalardan gileyləndi-Hicran Hüseynova: "Şou verilişlərində ailə ilə bağlı gənclərdə yanlış fikirlər formalaşdırılır"
"Azərbaycanda kifayət qədər normal, sağlam ailələr var. Amma təəssüf ki, kütləvi informasiya vasitələrində bunun əksi göstərilir. Şou formasında olan verilişlərdə çox zaman dağılmış ailələr göstərilir. Bu, gənclərdə yanlış fikirlər formalaşdırır. Biz çalışmalıyıq ki, gənclər normal, sağlam ailələrdən nümunə götürsünlər".

"Trend" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2 milyondan çox ailə var. Hər il ölkədə 80 mindən çox nikah bağlanır. Dövlət bu ailələrin hər birinə görə məsuliyyət daşıyır.

Komitə sədrinin fikrincə, ölkədə erkən nikahların, ana və uşaq ölümlərinin sayının azalması dövlətin apardığı siyasətin nəticəsidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler