» » ATƏT sədri Qarabağ münaqişəsindən danışdı:

ATƏT sədri Qarabağ münaqişəsindən danışdı: nizamlanma prosesində irəliləyiş var

Bölmə: BLOK XƏBƏR
ATƏT sədri Qarabağ münaqişəsindən danışdı:




Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var.

Xalqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazi mübahisəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib.Nazir həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler