» » Qarabağ əlili Aslan Kalbalıyevin qərarından niyə narazıdır?

Qarabağ əlili Aslan Kalbalıyevin qərarından niyə narazıdır?

Bölmə: BLOK XƏBƏR
Qarabağ əlili Aslan Kalbalıyevin qərarından niyə narazıdır?



Qarabağ müharibəsi əlili Şirinov İzzət Soltan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayətdə deyilir:

“Yazıb bildirirəm ki, bizim ailəmiz ədalətsizliklə üzləşib. Qardaşım Şirinov Rəhəd Soltan oğlu 2014-cü il avqustun 15-də Davıdov Akif Mühübəli oğlu, həyat yoldaşı Davıdova Güldəniz Zöhrab qızı və övladları Davıdov Anar Akif oğlunun, Davıdov Asif Akif oğlunun iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20″a” saylı mənzilini 100.000(yüz min ABŞ dolları) məbləğinə aldı. Davıdova Güldəniz bir qrup insanlarla hiylə işlədərək 15 may 2015-ci il tarixində bizə qarşı şər-böhtan ataraq pulun ödənilmədiyini bildirdi.
Qeyd edim ki, qardaşım Şirinov Rəhəd Soltan oğlu 100.000(yüz min ABŞ dolları) məbləğini ödəyərkən beş nəfər hal şahidinin və əlavə olaraq qonşuların şahidliyi ilə vermişdir. Bütün bunlara baxmayaraq Davıdova Güldəniz Zöhrab qızı və qeyriləri qardaşım Şirinov Rəhəd Soltan oğluna qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı bildirib ki, Şirinov Rəhədin təzyiqləri və hədələri nəticəsində yaşadıqları evi məcburi qaydada tərk etməli olmuşlar. Qardaşım Şirinov Rəhəd Soltan oğlu da iddiaçı Davıdov Güldəniz Zöhrab qızına və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırırlmışdır ki, o, mübahisəli mənzili 2014-cü ilin avqust ayında akt əsasında Vəliyev Füzuli Nizami oğlundan almış və onun iştirakı ilə iddiaçıya 78.000 manat (həmin dövr üçün 100.000 ABŞ dolları) pul ödəmişdir. Həmin mənzilin satılmasında digər şahidlərlə birlikdə iddiaçının əri Davıdov Akif Mühübəli oğlu, oğlanları Davıdov Anar akif oğlu və Davıdov Asif Akif oğlu iştirak etmişdir. Evi alarkən Füzuli ona həmin evin satılması üçün sahibi tərəfindən qardaşım Şirinov Rəhədin adına keçirildiyini bildirmiş və Rəhəd pulu həmin şəxslərin iştirakı ilə iddiaçılardan Güldəniz Davıdovanın özünə vermişdir. Bunu iddiaçılar öz iddia ərizələrində də etiraf etmişlər. İddiaçıların və şahidlərin imzaları Xətai rayonu , Əhmədli bələdiyyəsinin sədrinin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı kimi G. Davıdovanın evi niyə satması və onun oğlu ayazın kiməsə borcu olub-olmamasından qardaşımın məlumatı olmayıb. Qardaşım Rəhəd evin satılması barədə G. Davıdovaya heç bir təzyiq göstərməmişdir. Ona görə də onların evdən məcburi çıxarılmaları barədə iddiaları tamamilə əsassızdır. Onlar öz iradələrinə uyğun olaraq şahidlərin iştirakı ilə evi qardaşım Rəhədə sataraq könüllü olaraq evi tərk etmişlər. Evi aldıqdan sonra orada təmir işi aparmış, 50.000 ABŞ dolları pul xərcləmişdir. Və qeyd edib ki, “Hazırda evdə təkcə ailə üzvlərim yaşayırlar. G. Davıdova və onun ailəsi mənim ailə üzvlərim deyillər, aramızda hər hansı bir icarə və ya kirayə müqaviləsi bağlanmayıb, onların həmin yaşayış sahəsindən istifadə hüququ və evdə qeydiyyatda qalmaları üçün digər heç bir hüquqi əsas yoxdur”.
Qardaşım Rəhəd evi alandan bir gündə olsun həmin şəxslər orada yaşamamış və onların qeydiyyatı formal xarakter daşıyır. İddiaçılardan Davıdova Güldəniz Zöhrab qızının Vəliyev Füzuli Nizami oğluna və ona qarşı əşyaları ilə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı evdən çıxarılmalarına dair iddia tələbi Bakı şəhər Xətai Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələrinin müvafiq qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Evdə qeydiyyatda olan həmin şəxslərin pasport qeydiyyatından çıxarılması barədə Xətai rayon Polis İdarəsinə müraciət etmiş, Polis İdarəsindən cavab olaraq bildirilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
Ona görə belə hesab edirik ki, həmin şəxslərin Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı evdən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. İddiaçıların qardaşım Rəhədə qarşı iddiasının heç bir hüquqi əsası yoxdur və əksinə mülkiyyətçi kimi qardaşımın hüquqları pozulub, onların həmin evdən pasport qeydiyyatından çıxmaması və əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilməyi sahiblik və istifadə hüququnu pozmaqla yanaşı, həm qardaşımın, həm də qardaşımın ailə üzlərinin əsəbləşməsinə və ailədə gərginlik yaranmasına səbəb olub. Buna görə mənəvi sarsıntı keçirdiyindən ona 10.000 manat dəyərində ziyan dəymişdir. Göstərilənlərə əsasən, Davıdova Güldəniz Zöhrab qızının, Davıdov Akif Mühübəli oğlunun, Davıdov Anar Akif oğlunun, Davıdov Asif Akif oğlunun Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı evdən istifadə hüquqlarına xitam verilməsi, ona dəymiş 10.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Lakin sonradan qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hakimi Tofiq Səmədov bütün sübutların olmasına baxmayaraq və məhkəmədə birtərəfli dindirmə apararaq ədalətsiz qərar qəbul edərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarını ləğv edərək həmin evdə birgə yaşayış qərarı verdi.
Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdik. Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Aslan kalbalı oğlu Kalbalıyev yenə birtərəfli iş apararaq heç bir şahid dinlənmədən həmin qərarı qüvvədə saxladı.
Bildirmək istəyirəm ki, bizim ailəyə qarşı böyük ədalətsizlik olub. Hazırda Davıdova Güldənizin ailəsi bizi təhqir edir, övladları vasitəsilə təzyiqlər göstərir. Belə bir vəziyyətdə yaşamaq qeyri-mümkündür. Bu ədalətsiz qərarları görüb məsələnin ictimailəşməsini qərara aldıq. Sizdən xahiş edirəm ki, araşdırmanızı aparıb ədalətin ortaya çıxmasına köməklik edəsiniz”.
Şikayətçi Qarabağ əlili Şirinov İzzət bildirir ki, ümumilikdə altı məhkəmə prosesi gedib. İddia edilir ki, dörd məhkəmə Şirinov Rəhədin xeyrinə verilsə də son Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədov və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aslan kalbalıyev ədalətsizlik edərək, birtərəfli iş aparılıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şirinov Rəhəd

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler