» » İvanov 10 illik sirri açdı:

İvanov 10 illik sirri açdı: Kandaliza dedi ki, Saakaşvili...

Bölmə: BLOK XƏBƏR
İvanov 10 illik sirri açdı:




ABŞ-ın Dövlət katibi Kandaliza Rays bizi Saakaşvili ilə bağlı əmin edirdi.

Xalqinfo.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov deyib.

“İndi açıq şəkildə etiraf edə bilərəm: Kandaliza Rays ABŞ dövlət katibi olanda şəxsi söhbətlərimiz zamanı mənə deyirdi ki, “narahat olmayın, Saakaşvili qırmızı xətti keçməyəcək”. Ciddi dünya dövlətlərinin baş qərargahlarındakı hərbçilər sadəlövh adamlar deyil. Onlar hər zaman ən pis inkişaf ssenarisini belə nəzərdən keçirirlər. Ona görə də bizim Baş Qərargah 2007-ci ildə Cənubi Osetiyada genişmiqyaslı hərbi fəaliyyətin olmasına qarşı məxfi plan hazırladı”, - o bildirib.

İvanov müsahibə zamanı məxfi planın detallarını açmayıb. O bu planda Gürcüstan ərazisinə hərbi müdaxilə zamanı yalnız müqaviləli hərbçilərdən istifadə ilə bağlı bəndin olduğunu etiraf edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler