» » Tovuzda 2 nəfər minaya düşdü -

Tovuzda 2 nəfər minaya düşdü - 14 yaşlı Elgünün vəziyyəti ağırdır

Bölmə: BLOK XƏBƏR
Tovuzda 2 nəfər minaya düşdü -





Tovuz rayonunda iki dinc sakin minaya düşüb. "Xalqinfo" Sputnik Azərbaycana istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Kənd sakini, 14 yaşlı Elgün Hüseynov mal-heyvan otararkən piyada əleyhinə minaya düşüb. Onu ərazidən çıxarmaq üçün köməyə gedən 24 yaşlı Elşad Mehdiyev də bədənin müxtəlif yerlərindən qəlpə yaraları alıb.

Xəstəxanaya çatdırılan Elgün Hüseynovun vəziyyəti ağırdır. Həyatına təhlükə var. Sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Elşad Mehdiyevin isə yüngül qəlpə yaraları ilə müalicəsi davam etdirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler