» » ““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq”

““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq”

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq”"Müdafiə sahəsində birgə hərbi təlimlər, tədqiqatlar keçirilir. Türkiyənin geniş müdafiə sənayesi var”.

Xalqinfo.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Ordumuzun gücünü həm də Türkiyə məhsulları hesabına gücləndiririk. Bu gün danışdıq ki, bu istiqamətdə addımlar daha da artırılacaq. Türkiyədə istehsal olunan müdafiə sənayesi malları ən yüksək standartlara uyğundur.

Türkiyə Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa ediməlidir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: "“Zeytun budağı” əməliyyatında uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler