» » Vurulan Azərbaycan siyasi xadimlərinin 23 ili-

Vurulan Azərbaycan siyasi xadimlərinin 23 ili- Video

Bölmə: BLOK XƏBƏR
Vurulan  Azərbaycan siyasi xadimlərinin 23 ili-Bu gün – noyabrın 20-si Azərbaycan siyasi xadimlərinin uçduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 23 il ötür.

1991-ci il noyabrın 20-də Daxili İşlər naziri Məhəmməd Əsədov, Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov kimi Azərbaycan rəhbərliyinin çox önəmli simalarının uçduğu helikopter Qarakənd səmasında vurulub. Maraqlı məqam burasındadır ki, vurulan vertolyotdakı həlak olan şəxslər arasında Azərbaycan liderləri ilə yanaşı, milliyətcə rus və qazax olan şəxslərin də adları yer alır. Bunların sırasına Qazaxıstan Daxili İşlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, Dağlıq Qarabağın prokuroru İqor Aleksandiroviç Plavski, milis general-mayoru Mixail Dmitriyeviç Lukaşov, polkovnik-leytenant Oleq Nikoloyeviç Koçerev və digərləri aiddir. Helikopter qəzasında məşhur jurnalist Alı Mustafayev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev də həyatlarını itiriblər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler