» » Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü

Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldüErmənistanın hakim Respublikaçılar partiyası və “Daşnakstyun”un parlament fraksiyaları Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyini rəsmən irəli sürüb.

Xalqinfo.az xəbər verir ki, qərar fraksiyaların keçirdiyi birgə iclasın yekununda qəbul olunub. Cəmi 5 dəqiqə davam edən iclasda Serj Sarkisyan yeganə namizəd olub və qərar hər iki fraksiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Qeyd edək ki, baş nazir seçimi aprelin 17-si Milli Məclisin iclasında baş tutacaq.

Xatırladaq ki, hazırda paytaxt İrəvanda müxalif fraksiyası olan "Elk"ın təşkilatçılığı ilə əhali küçələrə axışaraq Sarkisyanın baş nazir postuna gətirilməsi cəhdlərinə etirazlarını bildirirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler