» » Hüseyn Abdullayevin obyekti çökdü-

Hüseyn Abdullayevin obyekti çökdü- Fotolar

Bölmə: BLOK XƏBƏR
Hüseyn Abdullayevin obyekti çökdü-
Almaniyaya mühacirət edən sabiq deputat Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yanında olan obyekti bu gün qəfildən uçub.


“Xalqinfo” xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hadisə şahidləri veriblər. Onların sözlərinə görə, Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.

Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfldən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər.

Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov açıqlamasında faktı təsdiqləyib.

Yada salaq ki, daha çox “Quska” kimi tanınan Hüseyn Abdullayevin Bakıda 500-dən çox obyekti var.
Hüseyn Abdullayevin obyekti çökdü-
Hüseyn Abdullayevin obyekti çökdü-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler