» » Ermənilər bu həftə Bakıda

Ermənilər bu həftə Bakıda

Bölmə: BLOK XƏBƏR
Ermənilər bu həftə Bakıda
Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) rəhbər şəxsi bu həftə Azərbaycana gələcək.

ans press -in məlumatına görə, bu barədə Ermənistan MOK-un mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir ki, Ermənistan MOK-un baş katibi Qraçya Rostomyan və MOK-un İdarə heyətinin rəhbəri Vaqinak Qalstyan noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcək.

Məlumatda deyilir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı, vacib məsələ - ilk Avropa Oyunlarının keçirilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, Bakıda ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler