» » Ərdoğan tarix dərsi keçdi

Ərdoğan tarix dərsi keçdi

Bölmə: BLOK XƏBƏR
Ərdoğan  tarix dərsi keçdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələri Müsəlman Dini Liderləri konfransında etdiyi çıxışı zamanı maraqlı tarixi faktlar açıqlayıb.

ans press-in məlumatına görə, Ərdoğan Amerika qitəsinin ilk dəfə 1492-ci ildə Kolumb tərəfindən kəşf edilməsi faktının düzgün olmadığını bildirib:

"Amerikanı Xristofor Kolumb deyil, müsəlmanlar kəşf edib. Kolumbdan 314 il əvvəl 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə çatmışlar. Kristof Kolumbun xatirələrində Kuba sahillərində dağın təpəsində bir məscidin varlığından bəhs edilir. Kubalı qardaşımla bunu danışdıq. O dağın təpəsində olan həmin məscid bu gün də qalıb".

Daha sonra Ərdoğan 1866-cı ildə 2 Osmanlı gəmisinin okeanda yolu itirib Braziliyanın Rio sahilinə getdiyi barədə danışıb:

"Gəmidə olan və alim bir şəxs olan Abdurrahman Əfəndi Braziliyada qaldı və illər boyunca Braziliya başda olmaq üzrə Latın Amerikası ölkələrini gəzərək İslamı insanlara təbliğ etdi. Osmanlı dövləti dağılandan sonra çox sayda müsəlman Latın Amerikasına köç etdi. Bu insanlar Osmanlı pasportuna sahib olduqları üçün də bu gün hələ də bu sifətlə tanınırlar. Bunu Argentinada, Meksikada müşahidə edə bilərsiniz".

Ərdoğan çıxışında İslam dini və Osmanlı dövləti barədə məlumat verərək deyib ki, türklərin tarixində müstəmləkələşdirmə heç vaxt olmayıb:

"İslam dini əsla və əsla istismar və kölələşdirmək bir vasitəsi olmayıb. Başqaları daha yaxşı istismar etmək üçün dinlərini bir vasitə olaraq istifadə edirlər. Müsəlmanlar və İslam dövlətləri yalnız təbliğ yolu ilə könülləri fəth etmək və Allahın adını ucaltmağı qarşılarında məqsəd qoyublar. Müsəlmanlar kəmiyyətin deyil, keyfiyyətin arxasında qaçırlar".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler