» » Sorosun gizli Gürcüstan səfəri

Sorosun gizli Gürcüstan səfəri

Bölmə: BLOK XƏBƏR
Sorosun gizli Gürcüstan səfəri
Amerikalı maliyyəçi, “Açıq cəmiyyət” Fondunun prezidenti Corc Soros Gürcüstana iki günlük səfərə gəlir. O, Fondun bu ölkədəki nümayəndəliyinin 20 illik fəaliyyətinə həsr olunmuş tədbirlərin yekun mərhələsində iştirak edəcək.

virtualaz.org bildirir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb. “Sorosun Gürcüstana dəqiq nə vaxt gələcəyi bizə məlum deyil. Çünki biz onun gəlişini nəzərdə tutmamışıq. Sadəcə sentyabrdan başlayaraq həftədə bir dəfə tədbir keçiririk. İndiyədək insan hüquqları, KİV məsələləri ilə bağlı tədbirlər keçirmiş, nümayəndəliyin fəaliyyətinə həsr olunmuş sənədli film hazırlamışıq”, - deyə qurumun mətbuat xidmətindən bildiriblər.

O da bildirilib ki, Sorosun Gürcüstana səfərinin detalları həm də təhlükəsizlik baxımından açıqlanmır.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, amerikalı maliyyəçi axırıncı dəfə Gürcüstanda 2012-ci ilin 1-2 dekabrında olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler