» » Erməni helikopterini vuran hərbçimiz mükafatlandırıldı

Erməni helikopterini vuran hərbçimiz mükafatlandırıldı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Erməni helikopterini vuran hərbçimiz mükafatlandırıldı
Xalqinfo.az xəbər verir ki,Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb.


“qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler