» » Ramil Usubov “Qorotdel”in yeni rəisini şəxsi heyətə təqdim etdi

Ramil Usubov “Qorotdel”in yeni rəisini şəxsi heyətə təqdim etdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ramil Usubov “Qorotdel”in yeni rəisini şəxsi heyətə təqdim etdiBakı şəhər Baş Polis İdarəsinin yeni rəisi, polis general-mayoru Mirqafar Seyidov şəxsi heyətə təqdim olunub.


“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, M. Seyidovu şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir paytaxt polisinin yeni rəisinə uğurlar arzulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler