» » “Arvadıma "öpüşmə" deyə bilmərəm”

“Arvadıma "öpüşmə" deyə bilmərəm”

Bölmə: BLOK XƏBƏR
“Arvadıma "öpüşmə" deyə bilmərəm”Türkiyəli məşhur aktyor həyat yoldaşının sevişmə səhnələrinin söz-söhbətə səbəb olmasından danışıb.

ans press-in məlumatına görə, "Muhteşem Yüzyıl" serialında canlandırdığı Sultan Süleyman obrazı ilə Azərbaycan tamaşaçısına tanış olan aktyor Halit Ergenç həyat yoldaşı Bergüzar Korelin “Karadayı” serialında çəkildiyi öpüşmə səhnələri barədə sualları cavablandırıb.

Azərbaycanda da kifayət qədər tamaşaçısı olan Türkiyənin “Karadayı” serialında baş rolları aktrisa Bergüzar Korellə yaraşıqlı aktyor Kənan İmirzalıoğlu oynayır. Serialın bir neçə bölümlərində onların öpüşmə səhnələri olub ki, bu da tamaşaçıların, xüsusilə də sosial şəbəkə istifadəçilərin müzakirə mövzusuna çevrilib.

Aktrisanın həyat yoldaşı Halit bütün bu söz-söhbətlərə son qoymaq qərarına gəlib və o, “Posta” qəzetinə bu barədə açıqlamalar verib.

Halit Ergenç həyat yoldaşına çəkildiyi film və seriallarda hansısa səhnələrdə çəkilməsi ilə bağlı qadağalar qoymadığını bildirib: “Həyat yoldaşım Bergüzar Korel də, mən də oyunçuyuq. Ona necə “rola görə öpüşmə” deyim? Bu ona inanmadığım mənasını vermir. Mən də ssenariyə uyğun olaraq bir neçə qadınla öpüşmüşəm. Bergüzarın serialında Kənan İmirzalıoğlu ilə öpüşmə səhnələri olur. Millət də başlayır hücum etməyə. Onlara demək istəyirəm ki, mən həyat yoldaşımın arxasındayam.”

Qeyd edək ki, Azərbaycan tamaşaçısı Kənan İmirzalıoğlunu "Deli Yürek" və "Acı hayat", Bergüzar Koreli isə "Min bir gecə" serialında oynadığı rollarla tanıyıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler