» » Ayaz Mütəllibov Elçibəyin ailə üzvləri ilə görüşmək istəyir

Ayaz Mütəllibov Elçibəyin ailə üzvləri ilə görüşmək istəyir

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Ayaz Mütəllibov Elçibəyin ailə üzvləri ilə görüşmək istəyirKeçmiş dövlət başçıları hər hansı vəzifəni icra etməsə də, onların hər bir addımı diqqət mərkəzində olur.

Modern. az saytı bu dəfə eks prezidentlərin ailələrinin bir araya gəlməsini öyrənmək istəyib.

Azərbaycanın eks prezidenti Ayaz Mütəllibovla mərhum eks prezident Əbülfəz Elçibəyin ailəsi bir araya gəlibmi?!

Eks prezident Ayaz Mütəllibov deyib ki, bu cür sualları çox ünvanlayırlar.

“Belə suallar çox verirlər. Niyə eks prezidentlərin ailəsi olaraq görüşmürsüz? Düzü, bu məsələrdə heç bir tərəf addım atmayıb. Kimsə tərəfindən təşəbbüs də göstərilməyib. Eks prezidentlərin qurumu adlı bir təşkilat mövcuddur. Əslində, bu qurumun əhəmiyyəti çox yaxşıdır. Eks prezidentlər bir araya gəlir, fikir mübadiləsi aparırlar. Amma ailə görüşləri olmur. Mən bu görüşlərdə iştirak etməmişəm. Amma ailə üzvləri ilə görüşmək istəyərəm”.

Eks prezident 2018-ci ili Azərbaycanda qarşılayacağını dilə gətirib.

“Neçə illərdir ki, yeni ili Azərbaycanda qarşılayıram. Bu dəfə də belə olacaq. Ailəmlə bir yerə toplaşacağıq. Yeni ili Azərbaycanda qarşılayacam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler