» » Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”

Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”
Pekin hətta Avstraliya və Yeni Zelandiyadakı daxili siyasi proseslərə açıq şəkildə müdaxilə edir

Çin hərbi, siyasi və iqtisadi qüdərtini artırdıqca onun dünya ölkələrinin daxili siyasi proseslərinə müdaxlə imkanları da bir o qədər genişlənir.

Pekin bu prosesə öncə yaxın ətrafından, Cənub-Şərqi Asiya regionu, Orta Asiyadan başlayıb. Lakin son gəlişmələr Çinin əlinin Yer kürəsinin cənub hüdudlarına qədər uzanmağa başladığını göstərir.

“Arıtq bir ildən çoxdur ki, amerikalıların başı Rusiyanın ölkədəki prezident seçkilərinə müdaxiləsini araşdırmağa qarışıb. Lakin deyəsən ABŞ strateqləri uzun müddətli perspektivdə Moskvadan daha çox Pekinin digər ölkələrə nüfuzundan qorxmağa başlayıblar”, - “The Washington Post”-dan İşan Tharur yazır.

Müəllif keçən həftənin 3-cü günü, senator Marko Rubionun “Çinin uzun əlləri” adı altında xüsusi iclas çağırdığını qeyd edir. Həmin iclasda Çinin demokratik rəqibəri üzərində təsir imkanlarını artırmaq üçün bir sıra əməliyyatlar keçirdiyinə diqqət yetirilib.

Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”

“Biz elə ancaq Rusiyanın müdaxiləsindən danışırıq, lakin Çinin bizim milli maraqlara və azadlığımıza zərər vurmaq cəhdləri insanların dərk etdiyindən daha böyük miqyasda təhlükə törədir”, - Rubio bildirib.

İşan Tharur problem ətrafında gedən diskussiyaların yerində olduğunu düşünür və bununla bağlı cənub yarımkürədə yerləşən demokratik dövlətlərin qəti addımar atmağa başladığını qeyd edir.

Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”
Malkolm Törnbull

“Keçən həftənin ikinci günü Avstraliya baş naziri Malkolm Törnbull “Çinin ölkənin daxili işlərinə qarşıması ilə bağlı təşviş doğurucu xəbərlərə” istinad edərək, siyasi məqsədlərlə xaricdən maliyyələşmənin qadağan olunması barədə qərar imzalayıb. Mətbuatın qeyd etdiyinə görə, qərarda Avstraliyanın Leyborist partiyasından olan senator Sem Dastyariyə qarşı ittiham da irəli sürülüb. Belə ki, Çin əsilli iş adamı Xuan Syanmonun sponsorluq etdiyi senator Çinin “Cənubi-Çin dənizindəki qeyri-qanuni fəaliyyətini dəstəkləyən mövqe nümayiş etdiribmiş. Bu isə partiyasının platformasına tamamilə ziddir.

Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”
Sem Dastyari

Bundan başqa, çərşənbə günü Avstraliya çinliləri arasında hakim Liberal partiyasının əleyhinə səs verməyə çağıran məktub yayılıb. Məktub ölkədə böyük hay-küyə səbəb olub.

Sentyabr ayında isə Yeni Zellandiyanın araşdırmaçı-jurnalisti Ann-Mari Mredinin Çinin “yumşaq” gücü ilə bağlı geniş və tam həcmli məruzəsi dərc olunub. Burada müəllif Çinin Yeni Zelandiyanın siyasi elitalarına gedib çıxan himayəçilik şəbəkələri qurduğu barədə geniş rəy verib.

“Çin sərmayəsi və “yumşaq güc”lə bağlı digər təsir metodları Zambiya, Peru və Nepal kimi ölkələrdə seçkiqabağı kampaniyaya əhəmiyyətli dərəcədə təsir göstərib”, - İşan Tharur bildirir.

Müəllif Çinin hələ ki, öz maraqlarını iqtisadi çərçivədə saxlamağa çalışdığını vurğulayır. Lakin Rubio və başqaları Çin Xalq Respublikasının strateji planlarının daha təhlükəli idoeloji hüdudlara çatdığı barədə xəbərdarlıq edirlər.

Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”
Marko Rubio

“Hiperqlobalizasiya dövründə Rusiya və Çin rejimləri daxili mühiti xarici siyasi və iqtisadi təsirlərdən qorumaq üçün bir çox baryerlər qoyub. Lakin adı çəkilən dövlətlər demokratik sistemlərin açıqlığından əməlli-başlı sui-istifadə edirlər”, - Vaşinqtonda yerləşən Demokratiya uğrunda Milli Fondun ekspertləri xəbərdarlıq ediblər.

“Çin liderləri uzunmüddətli oyun oynayırlar. Buna görə də ABŞ siyasətçiləri və bizim kimi düşünənlər məsələnin təhlükəli yönlərini əvvəl-axır ciddiyə almalı olacaq”, - Rubio bəyan edib./Yeni musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler