» » Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - Video

Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - Video

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VideoRusiyanın “Zvezda” kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub.

Xalqinfo.az rus KİV-nə istinadən xəbər verir ki, mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, təhqiramiz fikirlər səsləndirməsinə görə yaranıb.

Fuad Abbasov ekspert kürsüsündə əyləşən Sarkis Çaturyan, Qevorq Mirzoyan və suriyalı həmkarı Abas Cüməyə yaxınlaşaraq “mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm” deyib.

Bu zaman mübahisə qızışıb və Abbasovla Çaturyan əlbəyaxa dava etməyə cəhd ediblər. Aparıcılar qonaqları sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək “problem istəyirsənsə, olacaq. Dilinə sahib ol” söyləyib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler