» » Prezident “İmamzadə”yə 5 milyon manat ayırdı-Sərəncam

Prezident “İmamzadə”yə 5 milyon manat ayırdı-Sərəncam

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezident “İmamzadə”yə 5 milyon manat ayırdı-SərəncamAzərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında sərəncam imzalayıb.


“qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler