» » Bu əməllərə görə cəza çəkənlər azad ediləcək - Millət vəkili

Bu əməllərə görə cəza çəkənlər azad ediləcək - Millət vəkili

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Bu əməllərə görə cəza çəkənlər azad ediləcək - Millət vəkili
Yeni qanuna əsasən, dekriminallaşdırılan, yəni artıq cinayət hesab edilməyən əməllərə görə məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunacaqlar. Habelə, həmin əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab ediləcəklər.

Xalqinfo.az xəbər verir ki, bu sözləri cəzaların yüngülləşdirilməsini nəzərdə tutan yeni qanunun praktiki tətbiqi və yüngülləşdirmənin kimlərə tətbiq ediləcəyi haqqında danışan millət vəkili Vüsal Hüseynov qeyd edib. O bildirib ki, sanksiyası yüngülləşdirilən cinayətlərə görə əvvəllər məhkum olunmuş və hazırda cəzasını çəkən şəxslərin cəzası dəyişikliklərlə yüngülləşdirilmiş cəzanın yuxarı həddindən çoxdursa, həmin həddə qədər azaldılacaq:
“Dekriminallaşdırılan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara xitam veriləcək və ya cinayət təqibinin başlanması rədd ediləcək. Dəyişikliklər nəticəsində vəziyyəti yüngülləşən şəxslərin vəziyyətinə onların törətdiyi əməllər barəsində hökm çıxarmış məhkəmə və ya onların cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında baxılacaq. Təklif edilən dəyişikliklər iki məsələ istisna olmaqla dekabrın 1-dən qüvvəyə minəcək”.

Millət vəkili istisna olan halları da qeyd edib. Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsi ilə bağlı dəyişikliklər Cəzaların İcrası Məcəlləsində ediləcək müvafiq dəyişikliklərlə eyni gündə qüvvəyə minəcək. Digər istisna hal isə narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəalar narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minməyidir.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler