» » Sarkisyanın prezident kimi Əliyevlə sonuncu görüşü...

Sarkisyanın prezident kimi Əliyevlə sonuncu görüşü...

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Sarkisyanın prezident kimi Əliyevlə sonuncu görüşü...
Azərbaycan və Ermənistan prezidentləri uzun fasilədən sonra 26-cı dəfə görüşdülər. İsveçrənin Cenevrə şəhərində baş tutan görüşdən sonra verilən açıqlamalar görüşün pozitiv keçdiyindən xəbər verirdi.

İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə 2016-cı ilin iyununda danışıq aparmışdılar. Danışıqlarda yaranmış 16 aylıq fasilə Ermənistan tərəfinin aprel döyüşlərindən sonra əlavə tələblər irəli sürməsi ilə bağlı idi.

ATƏT-in müşahidə missiyasının üzvlərinin sayının artırılması, snayperlərin ön xətdən çəkilməsi və s. həyata keçirildikdən sonra rəsmi Yerevan danışıqlar aparmağa razı idi. Lakin Azərbaycanın tərəfinin dəfələrlə açıqladığı kimi sonda Ermənistan şərtlərindən geri çəkilərək yenidən danışıqlar masasına oturdu. Bununla belə, rəsmi Yerevan 2016-cı ilin 27 iyunundan 2017-ci ilin 16 oktyabrına qədər danışıqları prezidentlər səviyyəsində dondurmağa nail oldu.

Sarkisyan danışıqlardan yayınmaq üçün bundan əvvəl də, analoji addımlar atmışdı. Bu erməni zabitini qətlə yetirən hərbçi Ramil Səfərovun Macarıstandan deportasiyası və Ağdam istiqamətində Ermənistan ordusunun döyüş helikopterinin vurulmasından sonra baş vermişdi.
Amma istənilən diplomatik oyunlardan sonra Yerevan rəsmi Bakının tələbi və beynəlxalq aləmin çağırışı ilə danışıqlar masasına geri qayıdırdı. İstənilən halda, aprel döyüşlərindən sonra düşmən üzərində mənəvi və real üstünlük qazanmış Azərbaycan danışıqlarda iyunu qaydalarını müəyyən edən tərəf olub.

Məsələnin digər önəmli tərəfi, Ermənistan siyasi sistemində baş verən dəyişikliklərlə bağlıdır. Belə ki, 2018-ci ilin fevralında Ermənistan parlament respublikasına çevriləcək və prezident postu formal xarakter daşıyacaq. Bunun əvəzinə parlamentin təyin etdiyi baş nazir ölkədə icraedici funksiyaları həyata keçirəcək.

Belə olan halda, 5 aydan sonra prezident kimi səlahiyyət müddəti başa çatan Serj Sarkisyanın Azərbaycan prezidenti ilə Cenevrədə son görüşünü iddia etdiyi söyləmək olar. Amma bu məqamda qeyd olunmalıdır ki, düşmən mətbuatında son vaxtlar səslənən fikirlər Serj Sarkisyanın baş nazir postuna sahib olmaq istədiyini və bunun sayəsində daha 10 il ölkəyə başçılıq etmək niyyətində olduğu bildirir.

Keçmiş spiker Qalust Saakyanın avqust ayında bununla bağlı verdiyi açıqlama da bunu göstərir.

“Ölkədə Serj Sarkisyanıdan layiqli siyasətçi yoxdur. O növbəti baş nazir olacaq” –deyə keçmiş spiker demişdi.

Öncədən Ermənistanda baş verəcək prosesləri proqnozlaşdırmaq çətin olsa da, Serj Sarkisyanın yeni baş nazir olmaq şansları az deyil. Belə olan halda, onun 2023-cü ilə qədər ölkəsinin sükanı arxasında olacağını istisna etmək olmaz. Bu isə Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın dövrlərdə çətinliklərin yaranacağı deməkdir. Belə ki, Sarkisyan 10 illik prezidentliyi dövründə kompromisə meylli olmadığını göstərib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler